“Hindistanın Baş naziri Narendra Modi fevralın 10-11-də Parisdə keiriləcək süni intellektin inkişafı üzrə konfransa həmsədrlik edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “ANI” agentliyi diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, sammitdə ABŞ-ın vitse-prezidenti və Çin Dövlət Şurasının Baş nazirinin müavini də iştirak edəcək.
Konfransda iştirak etməklə yanaşı, Modi Fransaya səfəri zamanı fevralın 12-də Marseldə Fransanın aparıcı şirkətlərinin rəhbərləri ilə danışıqlar aparacaq və Fransa prezidenti Emmanuel Makronla görüşəcək.
Qeyd edilib ki, Hindistan Marseldə yeni konsulluq açacaq.