Xəbərlər

Modi Trampı Hindistana səfərə dəvət edib

Hindistanın Baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampı ölkəsinə səfərə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın Baş naziri Trampla birgə mətbuat konfransı zamanı deyib.

“Hindistan xalqı 2020-ci ildəki səfərinizi bu gün də xatırlayır və sizi yenidən görməyə ümid edir. Hindistanın 1,4 milyard vətəndaşı adından sizi respublikaya gəlməyə dəvət edirəm”, – Modi qeyd edib.