Xəbərlər

Mozambikdə təbii fəlakət nəticəsində 90-dan çox insan həyatını itirib

Hind okeanı sahilində yerləşən Afrika ölkəsi Mozambikdə qayığın batması nəticəsində 94 nəfər həyatını itirib, 26 nəfər isə itkin düşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Mozambik Dəniz Nəqliyyatı İnstitutu (INSTRASMAR) açıqlama verib.

“Dünən baş verən hadisədə içərisində 130 nəfərin olduğu qayığın batdığı xəbərini aldıq və 94 nəfərin cəsədini tapdıq, 26 nəfər itkin düşüb”, – açıqlamada qeyd edilib.

“Gəmi həddindən artıq yüklü idi və sərnişin daşımaq üçün uyğun deyildi”, – Nampula əyalətinin dövlət naziri Xayme Netua bildirib.