Xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

“Füyuzat” xəbər verir ki, bu barədə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi iyunun 10-u saat 11:00-dək davam edəcək.