Myanmarda baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü keçib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Verilən məlumata görə, bu günə kimi ümumilikdə 2719 cəsəd tapılıb.
Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 13:20-də Myanmarda 7, 7 maqnitudalı zəlzələ baş verib. Bundan 12 dəqiqə sonra isə 6,4 maqnitudalı növbəti zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.