Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri “Füyuzat” jurnalı redaksiyasının və “FÜYUZAT tv”nin qonağı olub.
“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus və Nadir bəy Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışıblar.
“Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən geniş məlumat verən Mübariz Yunus bundan sonrakı hədəf və məqsədlər, Azərbaycan və Türk dünyası arasında mədəni körpülərin qurulmasından, Türk dünyasının ortaq mədəni dəyərlərinin təbliği isitqamətində atılacaq addımlardan danışıb.
Öz növbəsində Nadir Azəri “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.