“NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə, 2027-ci ildə Albaniyada keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında qeyd olunub.
“Biz Niderland Krallığının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. 2026-cı ildə Türkiyədə növbəti görüşümüzü, ardınca isə Albaniyada keçiriləcək görüşü səbirsizliklə gözləyirik”, – məlumatda bildirilib.