Xəbərlər

NATO Ukraynanın ehtiyacları üçün məsuliyyəti üzv ölkələr arasında bölüşdürəcək

“Qərb ölkələri Ukraynanın hərbi ehtiyaclarını bir neçə növə böləcək və təchizat üçün məsuliyyət NATO dövlətləri arasında bölüşdürüləcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Pentaqonun yüksək rütbəli sözçüsü brifinqdə deyib.

“Donor qrupu çərçivəsində səkkiz qabiliyyət koalisiyası yaradılıb. Onların hər biri Ukraynanın hərbi ehtiyaclarının bir aspektini təmin etmək üçün məsuliyyət daşıyacaq. Bu alt qrupların hər birinin daxilində koordinasiya ən azı iki NATO ölkəsi tərəfindən həyata keçirilir. Bu koalisiyaların liderləri Ukraynanın 2027-ci ilə qədər hava qüvvələri, zirehli texnika, artilleriya, minalardan təmizləmə, pilotsuz uçuş aparatları (PUA), inteqrasiya olunmuş raket və hava hücumundan müdafiə, informasiya texnologiyaları və dənizçilik kimi sahələrdə ehtiyac və məqsədlərini ehtiva edən yol xəritələrini təsdiqləməlidirlər”, – sözçü bildirib.