“NATO sammitinin iştirakçıları Ukraynadakı münaqişəyə dəstək, eləcə də “yaxın illərdə” Kiyevə hərbi təchizatın təminatı məsələsini müzakirə etmək niyyətindədirlər”.
“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte bildirib .
“Biz Ukraynaya dəstəyi, qarşıdakı illər üçün hərbi yardımı müzakirə edəcəyik. Bu silah tədarükləri Kiyevə ədalətli sülh əldə etməyə kömək edəcək”, – Rutte əlavə edib.
Rutte qeyd edib ki, Rusiya NATO üçün hərbi təhlükə yaradır, ona görə də alyansdakı bütün ölkələr müdafiə xərclərini artırmalıdır.
Gözlənilir ki, Haaqada keçiriləcək sammitdə NATO liderləri ittifaqın hərbi xərclərini hazırda ÜDM-in 2%-dən 2035-ci ilə qədər 5%-ə çatdırmaq barədə qərar qəbul edəcəklər.