Xəbərlər

Naxçıvanda Əməkdar jurnalist, yazıçı Yunis Orucovun oxucularla görüşü baş tutub

Naxçıvanda Əməkdar jurnalist, yazıçı Yunis Orucovun oxucularla görüşü baş tutub. Naxçıvan Gənclər Mərkəzində baş tutan görüşdə yazıçının “Nargin” və “Boraltan” tarixi romanları ətrafında maraqlı müzakirələr aparılıb.
Görüşdə çıxış edənlər – millət vəkili, Naxçıvan Gənclər Fondunun rəhbəri Cəbi Quliyev, tarix elmləri doktoru, dosent Sevinc Abbasova, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu və başqaları gənc nəslin milli şüurda, vətənpərvərlik ruhunda yetişməsində hər iki əsərin müsbət rolundan bəhs ediblər.
Sonda yazıçı ilə imza mərasimi keçirilib, oxucularla xatirə fotosu çəkilib.