Builki Bakı Beynəlxalq Kitab Sərgisində 120-dən çox nəşriyyat, ali təhsil müəssisələri, dövlət qurumları, hətta media orqanlarının stendləri nümayiş olunur.
“Füyuzat”ın məlumatına görə, bununla bağlı mədəniyyət nazirinin müavini Fərid Cəfərov XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumilikdə sərgidə 70-ə yaxın xarici nəşriyyat təmsil olunur: “Çoxluğu nəzərə alaraq onlar üçün ayrıca zal ayrılıb”.
“Müxtəlif səpkili tədbirlər çərçivəsində bir çox imza günləri, milli və beynəlxalq konfranslar, ədəbi-mədəni müzakirələrin keçirilməsi nəzərdə tutulub”, – deyə o əlavə edib.



