10–17 oktyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanası və Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin 5-ci ildönümü və 2025-ci il “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Şanlı Zəfərin Sədası” adlı şeir müsabiqəsi keçiriləcək.
“Füyuzat“ın məlumatına görə, müsabiqənin mərhələləri aşağıdakılardır:
– İştirakçılar 3 mərhələdə münsiflər heyəti qarşısında poeziya nümunələri səsləndirəcəklər;
– Hər mərhələdə öz qiraət gücünü və vətənpərvərlik ruhunu ən gözəl şəkildə ifadə edən iştirakçılar növbəti mərhələyə keçməyə vəsiqə qazanacaqlar;
– Müsabiqənin son mərhələsində qaliblər mükafatlandırılacaqlar.
Mükafatlandırma:
I yer – 1 nəfər
II yer – 2 nəfər
III yer – 3 nəfər
Qeydiyyatdan keçmək üçün: https://forms.gle/XT3XcXGpuvAGAsYV8
Qeydiyyat üçün son tarix: 07.10.2025



