“İsrail parlamentinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinə qadağa qoyması beynəlxalq hüququ pozur, bu həm də İsrail dövlətinin dünya təşkilatına qəbul edilməsi şərtlərinə ziddir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Bu qərarlar təkcə beynəlxalq humanitar hüququ deyil, həm də Konvensiyanı pozur, BMT Baş Assambleyasının müvafiq qərarları ilə ziddiyyət təşkil edir və İsrailin 1949-cu ildə BMT-yə qəbul edilməsi şərtlərinə də ziddir”, – Nebenzya əlavə edib.