Xəbərlər

Nebenzya: Şimali Koreyanın təhlükəsizliyini təmin etmək hüququ var

“Koreya Xalq Demokratik Respublikası (KXDR) Qərbin təxribatları və sanksiya təzyiqləri fonunda öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək hüququna malikdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Təhlükəsizlik Şurasının bəzi üzvlərinin bu otaqda Şimali koreyalıların taleyi ilə bağlı narahatlıqları və firavan KXDR görmək istəyi ilə bağlı bəyanatları çox riyakar görünür. Siz bu əhalini boğmaq arzusundasınız və onu boğursunuz. KXDR rəhbərliyi ölkənin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün tədbirlər görmək hüququna malikdir”, – Nebenzya əlavə edib.