Xəbərlər

“Nəşriyyat menecmentliyi və kitab marketinqi” mövzusunda panel keçirilib

Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Nəşriyyat menecmentliyi və kitab marketinqi” mövzusunda panel keçirilib.

“Füyuzat”ın məlumatına görə, panel Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında təşkil olunub.

Paneldə Parlaq İmzalar Nəşriyyatının direktoru Nurman Tariq, D&R-in e-ticarət satış direktoru Özgür Topyıldız və Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu çıxış edib.

Spikerlər çıxışlarında kitab marketinqi və nəşriyyat menecmentliyindən, onların önəmindən və öz təcrübələrindən danışıblar. Kitab satışının onun tərtibatı, mövzusu və dizayn kimi xüsusiyyətlərinin zəngin olmasından asılı olduğu bildirilib. Nəşriyyatlara bu və ya digər özəlliklərə xüsusi diqqət verilməsi məsləhət görülüb.

Daha sonra auditoriyanın sualları dinlənilib və cavablandırılıb.