“İsrail Almaniyada keçirilən parlament seçkilərində Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik (CDU/CSU) blokunun qələbəsini alqışlayır və yeni federal hökumət dövründə Berlinlə əlaqələri gücləndirəcəyinə ümid edir”.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“CDU lideri Fridrix Merzi və CDU/CSU-nu bugünkü açıq qələbəsi münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirmək üçün gələcək hökumətinizlə yaxından işləməyi səbirsizliklə gözləyirəm”, – o, “X”də yazıb.