Xəbərlər

NHK: Yaponiya gəmi əleyhinə raket təlimi keçirəcək

Yaponiya Özünümüdafiə Qüvvələri 2025-ci ilin yayında Rusiya ilə qonşu olan Hokkaydo prefekturasındakı Şizunai poliqonunda gəmi əleyhinə raketlərlə təlim keçirməyi planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Təlimdə Quru Özünümüdafiə Qüvvələrinin “Tip 88” yer-gəmi raketlərindən istifadə olunacaq.

Qeyd edək ki, Yaponiya ordusu əvvəllərdə buna oxşar təlimlər keçirib, lakin bu təlimlər Yaponiyadan kənarda baş tutub, çünki onların məsafəsi (təxminən 150 km və ya daha çox) dəniz və hava məkanının təhlükəsizliyini təmin etməyə imkan verməyib.