Xəbərlər

“Nicat məhəbbətdədir – Əli bəy Hüseynzadənin seçilmiş yazıları” kitabı nəşr olunub

Azərbaycanın görkəmli fikir adamı, milli ideologiyanın formalaşmasında özünəxas rolu olan, Azərbaycanın üçrəngli bayrağının ideya müəllifi Əli bəy Hüseynzadənin seçmə məqalələrindən ibarət “Füyuzat”dan kitablar” silsiləsinin davamı olaraq “Nicat məhəbbətdədir – Əli bəy Hüseynzadənin seçilmiş yazıları” kitabı nəşr olunub.

Kitab MİMTA Yayımları tərəfindən nəşr edilib və Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunub.

Kitabda böyük mütəfəkkir Əli bəy Hüseynzadənin müxtəlif mətbuat orqanlarında, xüsusən “Həyat” qəzetində və “Füyuzat” məcmuəsində dərc olunmuş seçmə məqalələri yer alır.

“Füyuzat” redaksiyası tərəfindən transliterasiya edilən bu məqalələrdə Əli bəy dil, tarix, mədəniyyət kimi millətin təməl dəyərlərinə öz yanaşmasını ortaya qoyur. O xüsusən Turan dünyası ilə bağlı fikirlərində elə unikal mövqe sərgiləyir ki, nəinki öz dövründə, müasir zamanda belə ideyalarının nə dərəcədə keçərli olduğu görünür.