Xəbərlər

Nikol Paşinyan Münxenə səfər edib

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 13-16-da Münxenə işgüzar səfərdə olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Baş nazir Münxen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək. Konfrans çərçivəsində Nikol Paşinyan xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.