Xəbərlər

Norveç: ABŞ-ın tətbiq etdiyi tariflər ticarət müharibəsini təşviq edir

“ABŞ Avropa mallarına idxal məhdudiyyətləri tətbiq edərsə, dağıdıcı ticarət müharibəsi riski ilə üzləşəcəyik”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Norveçin Baş naziri Yonas Qahr Stör bildirib.

“Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında tammiqyaslı ticarət müharibəsi qlobal iqtisadiyyat üçün çox ciddi problem olacaq və Norveç iqtisadiyyatına da mənfi təsir göstərəcək”, – o qeyd edib.