Norveç Ukraynaya dəstəyin 4,6 milyard dollar artırılacağını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə hökumətin internet saytında məlumat yayılıb.
Verilən məlumata görə, qərar Norveç parlamentində keçirilən səsvermədən sonra qəbul edilib. Beləliklə, Norveçin Ukraynaya yeni yardımı ölkənin ümumi dəstəyini iki dəfədən çox artıracaq. 2025-ci il üçün bu əlavə yardımla Norveçin Ukraynaya ümumi yardımı 7,8 milyard dollara çatacaq.