Xəbərlər

Norveç Ukraynaya yardımı “əhəmiyyətli dərəcədə” artırmağı planlaşdırır

“Norveç Vaşinqtonun siyasətinin yaratdığı qeyri-müəyyənlik şəraitində müdafiə xərclərini və Ukraynaya yardımı əhəmiyyətli dərəcədə artırmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Krallığın Baş naziri, hakim Leyboristlər Partiyasının (LP) lideri Yonas Qahr Stor Norveç parlamentində çıxışı zamanı bildirib.

“Mən istərdim ki, parlamentdəki bütün partiyalar “Fridtjof Nansen” (Ukraynaya hərbi yardım – red.) proqramının maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı razılığa gəlsinlər”, – Stor deyib.

Store çıxışında Zelenskinin Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşünün nəticələrindən son dərəcə məyus olduğunu bildirib və Vaşinqtonun bir çox iddialarını “əsassız” adlandırıb. O, həmçinin Trampın Ukraynaya hərbi yardımı və Kiyevlə kəşfiyyat mübadiləsini dayandırmaq qərarından təəssüfləndiyini bildirib. Eyni zamanda, Baş nazir ümid etdiyini bildirib ki, Tramp və onun administrasiyası “digər insanların fikirlərini dinləməyə, hazırkı vəziyyəti avropalı müttəfiqlərlə müzakirə etməyə və “Ukrayna ilə əməkdaşlığı bərpa etməyə” hazır olacaq.