Xəbərlər

Norveç uzaq gələcəkdə Ukraynaya qoşun göndərəcəyini istisna etməyib

“Uzunmüddətli perspektivdə Norveç Ukrayna ordusuna maddi-texniki dəstək və təlim keçmək üçün Ukraynaya qoşun göndərə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Norveçin xarici işlər naziri Espen Bart Eyde deyib.

“Hazırda biz Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq. Digər tərəfdən, çox uzunmüddətli perspektivdə, mən düşünmürəm ki, biz prinsipcə bunu istisna etməliyik”, – nazir bildirib.

“Eyni zamanda, Norveçin münaqişənin birbaşa tərəfi olmaq arzusu yoxdur və buna görə də qoşunların potensial yerləşdirilməsi maddi-texniki birliklərlə məhdudlaşacaq”, – Espen əlavə edib.