Xəbərlər

NYT: Aİ-nin Ukraynaya yeni yardımı 20 milyard avronu keçə bilər

“Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri bazar ertəsi Brüsseldə bir araya gələrək Ukraynaya 20 milyard avrodan çox yardım paketi təqdim etməyi müzakirə edəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” rəsmilərə istinadən məlumat yayıb.

“Avropa liderləri Ukraynaya sülhməramlı qüvvə kimi qoşun göndərməyi də nəzərdən keçirir və ümumilikdə hərbi xərclərin artırılmasını müzakirə edirlər”, – nəşr qeyd edib.