“2025-ci ilin iyununda Nyu-Yorkda Yaxın Şərq üzrə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.
“Ümumiyyətlə, nəsə etmək lazımdır. Təkcə müharibəni dayandırmaq üçün çalışmaq doğru olmaz. Elə bir razılaşma əldə edilməlidir ki, iki dövlətli prinsipə riayət edilsin. Bir çox ölkələr bu məsələnin tərəfdarıdır, o cümlədən də Rusiya”, – o qeyd edib.