Xəbərlər

Öcalan PKK-ya səsləndi: “Silahı yerə qoyun…”

Səhər saatlarında PKK lideri Abdullah Öcalanın saxlandığı İmralı adasına gedən DEM Partiyasının heyəti Öcalanla üçüncü görüşünü keçirib. Nümayəndə heyətinə Ahmet Türk, Pervin Buldan, Sırrı Süreyya Öndər, Tülay Hatimoğulları, Tuncer Bakırhan, Cengiz Çiçək və vəkil Faiq Özgür Erol daxil olub.

“Füyuzat”ın məlumatına görə, görüşdən sonra saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00) təşkil edilən mətbuat konfransında Öcalanın müraciəti oxunub.

Öcalan mesajında ​​PKK-nın silahlı mübarizəsinin artıq heç bir mənası olmadığını bildirib və təşkilatın özünü dağıtması lazım olduğunu vurğulayıb. O, həmçinin demokratik transformasiyanın və yeni səhifənin açılmasının zəruriliyini qeyd edib.

Türkiyə mətbuatı bu çağırışın Türkiyədə və bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində mühüm addım olacağını qeyd edib.