Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransı oktyabrın 28-dən 29-dək keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov bildirib.
“Avrasiya təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransı 2025-ci il oktyabrın 28-dən 29-dək keçiriləcək. Konfrans çərçivəsində Avrasiya məkanında bərabər və bölünməz təhlükəsizlik arxitekturasının, çoxqütblü və ədalətli dünya nizamının formalaşdırılması üzrə dialoqun davam etdirilməsi planlaşdırılır”, – o qeyd edib.