Almaniya kansleri vəzifəsini icra edən Olaf Şoltsun rəhbərlik etdiyi Nazirlər Kabinetinin sonuncu iclası keçirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “DPA” məlumat yayıb.
Qeyd edilib ki, Şolts hökuməti fəaliyyət göstərdiyi üç il yarım ərzində ümumilikdə 131 iclas keçirib.
Əlavə edilib ki, mayın 6-da Bundestaq yeni kansler seçəcək. Bəzi mənbələr yeni kanslerin Xristian Demokratlar Partiyasının lideri Fridrix Mers olacağını gözləyir.