“Macarıstan əmindir ki, Ukrayna münaqişəsi başa çatdıqdan sonra Qərb Rusiyaya qarşı sanksiyaları ləğv edəcək və onunla normal münasibətlər quracaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban çıxışı zamanı deyib.
“Dəyişən situasiyaya görə, ilk növbədə, müharibə, sülh və sanksiyalar məsələlərində yeni bir dövr başlayacaq, yeni sistem yaranacaq, Rusiya ilə sanksiyalarsız münasibətlər qurulacaq. Biz bu kimi məsələlərin üzərində işləməliyik, çünki Avropa İttifaqı liderləri öz mövqelərini dəyişmir və hələ də Ukraynada hərbi münaqişənin davam etdirilməsinin tərəfdarıdırlar”, – Orban vurğulayıb.