“Ukrayna münaqişəsi həll olunandan sonra Rusiya qlobal iqtisadi və Avropa təhlükəsizlik sisteminə tam inteqrasiya olunacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O, ümidlərini Rusiya prezidenti Vladimir Putinlə Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün razılığa gəlməyi planlaşdıran ABŞ prezidenti Donald Trampa bağladığını bildirib.
“Düşünürəm ki, ABŞ prezidenti sülh masasında Ukrayna üzrə razılığa gələndə Rusiya qlobal iqtisadiyyata və Avropa təhlükəsizlik sisteminə yenidən inteqrasiya olunacaq”, – Orban qeyd edib.



