Xəbərlər

Orban: Tramp Ukraynada hərbi əməliyyatlara dəstəyi dayandırıb

“ABŞ prezidenti Donald Tramp ABŞ-ın, xüsusilə, Ukraynada hərbi əməliyyatlara verdiyi dəstəyi dayandırmaqla artıq dünyanı alt-üst edib”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Amerikanın yeni administrasiyası Avropa İttifaqı (Aİ) rəhbərliyinin bütün ölkələrə tətbiq etməyə çalışdığı hər şeyi məhv etdi. Brüsseldə hamı “Tramp tornadosu”nun gəldiyini görür, lakin onların əksəriyyəti hələ də bundan qaça biləcəklərini düşünür. Lakin qaça bilməyəcəklər. 14 gün ərzində Donald Tramp artıq bir neçə tədbirlə dünyanı alt-üst etdi. Milyarder Corc Sorosun qlobalist təşkilatlarının maliyyələşdirilməsi, qeyri-qanuni miqrasiya dayandırıldı və ABŞ-nın maraqlarına xüsusi diqqət yetirildi. Rusiya-Ukrayna müharibəsi də demək olar ki, dayanmaq üzrədir, başqa sözlə, Brüsseldəki bürokratların son illərdə bizə qəbul etdirməyə çalışdıqları hər şey bitdi”, – Orban davam edib.