“BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) vəzifəsi münaqişələri uzaqdan izləmək deyil, vaxtında və prinsipial addımlarla qarşısını almaqdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Asim İftixar Əhməd bildirib.
“Cammu və Kəşmirin 70 ildən artıqdır ki, BMT Təhlükəsizlik Şurasının gündəmində olmasına baxmayaraq, münaqişə hələ də həll edilməyib. Bu vəziyyət münaqişələrin göz ardı edilə biləcəyini, lakin aradan qalxmayacağını, əksinə, daha da dərinləşəcəyini xatırladan ağrılı bir reallıqdır. Hindistanın ritorikası, hərbi güc nümayişləri və təxribatçı hərəkətləri təkcə Pakistan üçün deyil, həm də regional və qlobal sülh üçün təhdid halına gəlib və vəziyyət həmişəkindən daha da ciddidir”, – nümayəndə əlavə edib.