“Pakistan “Sindoor” hərbi əməliyyatını və digər aqressiv hərəkətləri dayandıracağı təqdirdə Hindistanla münaqişədə gərginliyi artırmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan İslam Respublikasının müdafiə naziri Asif Məhəmməd Xavaca “Bloomberg”ə müsahibəsində deyib.
“Biz əvvəldən deyirdik ki, Hindistana qarşı heç bir şey etməyəcəyik. Hindistan geri addım atsa, biz mütləq hərbi əməliyyatlarımızı azaldacağıq. Amma nə qədər ki bizə hücum edilir, cavab verməli olacağıq, özümüzü müdafiə etməliyik”, – nazir vurğulayıb.