Xəbərlər

Paris, Berlin və London Ukraynaya qoşun yeritməyə hazırdır

“Bəzi Avropa ölkələri atəşkəsi təmin etmək üçün Ukraynaya qoşun yeritməyə hazırdır, lakin buna ABŞ-ın dəstəyi də lazımdır”.

“Füyuzat”ın məlumatın görə, bu barədə Fransanın Maliyyə Nazirliyinin rəhbəri Erik Lombard “Bloomberg”ə müsahibəsində bildirib.

“Atəşkəsə zəmanət vermək üçün Ukraynaya avropalı əsgərlərin göndərilməsi ilə bağlı ümumi razılıq var. Böyük Britaniya, Almaniya və Fransa buna hazırdır, digər Avropa İttifaqı (Aİ) ölkələri də öz töhfələrini verəcəklər. Sülhü təmin etmək üçün atəşkəs əldə olunandan sonra əsgərlər bölgəyə gedəcək.

ABŞ prezidenti Donald Tramp atəşkəs rejimini dəstəkləməyə razılaşıb, lakin Vaşinqtonun konkret hansı addımlar ata biləcəyini açıqlamayıb”, – Lombard qeyd edib.