“Fransa ABŞ və Ukrayna arasında əlaqə yaratmağa çalışır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Sofi Prima bildirib.
“Fransa və İngiltərə atəşkəs təklif etdilər və bu çağırışın ABŞ-la dialoq kontekstində müzakirə olunduğu açıq-aydın görünür. Fransa və Avropa Birləşmiş Ştatlar və Ukrayna arasında əlaqələri bərpa etmək və sülh danışıqlarına keçmək perspektivi ilə ortaq mövqeyə gəlmək üçün cəhdlər edirlər”, – Prima qeyd edib.
O əlavə edib ki, “ABŞ ilə əlaqələri kəsmək indi heç kimin marağında deyil”.