“Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinin iclası İrəvanda keçirilməyəcək. Çünki onun keçirilməsi yersizdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Şəxsən mən sammitin Ermənistanda keçirilməsini qeyri-münasib hesab edirəm, çünki Aİİ-nin Ali İqtisadi Şurasının bütün üzvləri Ermənistan Respublikası üçün arzuolunan deyil”, – Paşinyan əlavə edib.
Bundan əvvəl Paşinyan Belarus lideri Aleksandr Lukaşenkonu hərbi əməliyyatlar zamanı Azərbaycana dəstək verməkdə ittiham edib və Lukaşenko prezident olduğu müddətdə Ermənistanın bir dənə də olsun rəsmi nümayəndəsinin bu ölkəyə getməyəcəyini bildirib.