Ermənistan Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyan istefa verdiyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
“Karen Andreasyan Ali Məhkəmə Şurasının rəhbəri vəzifəsindən istefa verib”, – məlumatda deyilir.
Bazar günü axşam Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın bir sıra nazirləri və departament rəhbərlərini işdən çıxarmaq qərarına gəldiyini yazıb.
Xüsusilə, daxili işlər naziri Vahe Qazaryan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan və Ərazi İdarəetmə naziri Qnel Sanosyan istefa verəcəklər.