Xəbərlər

Paşinyan daxili işlər naziri postuna Arpin Sarkisyanı təyin etməyi planlaşdırır

Ermənistan daxili işlər nazirinin müavini vəzifəsini tutan Arpin Sarkisyan idarənin yeni rəisi olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan məlumat verib.

“Əziz həmvətənlər, daxili işlər nazirinin müavini postunu tutan Arpin Sarkisyan nazir təyin olunacaq”, – o, “Facebook” hesabında yazıb.

Bundan əvvəl Nazirlər Kabinetinin iclasında Paşinyan təhlükəsizlik qüvvələrinin işindən hədsiz dərəcədə narazı olduğunu bildirib. Bir neçə nazir və komitə rəhbərləri, o cümlədən Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan istefa verib. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 19-da Daxili İşlər Nazirliyinin rəhbərinin istefası haqqında fərman imzalayıb.