Xəbərlər

Paşinyan MDB toplantısında iştirak etməyəcək: “COVİD-ə yoluxmuşam”

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus testinin müsbət çıxması ilə əlaqədar MDB dövlət başçılarının Leninqrad vilayətində keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə o, öz “Facebook” səhifəsində yazıb.

“Bazar ertəsi, 23 dekabrda COVİD üçün test etdim, cavab pozitiv gəldi və mən özümü təcrid etdim. Həmkarlarımla məsləhətləşdikdən sonra bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm”, – o yazıb.