Xəbərlər

Paşinyan: Sovet dövründən qalma sərhədlərin rədd edilməsi dövlətçiliyin rəddidir

“Ermənistanın SSRİ-nin tərkibində mövcud olan sərhədlərindən imtina etməsi suverenlikdən və dövlətçilikdən imtina etmək deməkdir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsində yazıb.

“Açığını deməliyəm ki, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir, çünki SSRİ-nin xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən imtina etmək demək ola bilər. Biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etmişik və ictimaiyyət bizi beynəlxalq aləmdə belə tanıyıb, tanınan ərazi isə təhlükəsizlik üçün vacibdir “, – Paşinyan əlavə edib.