Xəbərlər

Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı verib

Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-ın təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Paşinyan “X” platformasındakı paylaşımında bildirib.

“Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Baş vermiş bu faciə insanın kədərlənməməsinə səbəb ola bilməz”, – Paşinyan qeyd edib.