ABŞ Dövlət Departamenti Estoniyaya ümumilikdə 296 milyon dollar dəyərində “Javelin” insan daşına bilən tank əleyhinə raket komplekslərinin (ATGM) satışına dair sazişi təsdiqləməyə qərar verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Verilən məlumata görə, çatdırılmaya “800 FGM-148F” raketi, həmçinin 84 komanda-raket bölməsi və təlim mərmisi daxildir. Bundan əlavə, sövdələşməyə ehtiyat hissələri və müvafiq avadanlıqlar, eləcə də istismar və texniki xidmət üzrə təlim xidmətləri daxildir.