“ABŞ-ın İran-İsrail münaqişəsinə müdaxiləsi qarşıdurmanın yayılmasına, eləcə də yeni eskalasiya mərhələsinə gətirib çıxaracaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, münaqişənin coğrafiyasının genişlənməsi deməkdir. Biz Tehrandan müxtəlif bəyanatlar eşidirik. Bu bəyanatlardan belə nəticə çıxır ki, ABŞ-ın münaqişəyə müdaxiləsi eskalasiyanın növbəti dəhşətli raundu olacaq”, – Peskov əlavə edib.