“Rusiya İranla daimi məsləhətləşmələr aparır və İranın nüvə probleminin siyasi və diplomatik həlli üçün lazım olan hər şeyi etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə mövzu ilə bağlı Tehran və Vaşinqton arasında dialoqda Moskvanın vasitəçilik səylərinin mümkünlüyü barədə danışarkən deyib.
“Biz iranlı tərəfdaşlarımızla, o cümlədən nüvə sazişi mövzusunda daim məsləhətləşmələr aparırıq. Bu proses yaxın gələcəkdə də davam edəcək. Rusiya hər cür səy göstərməyə, mümkün olan hər şeyi etməyə, bu problemin siyasi və diplomatik yollarla həllini asanlaşdırmağa hazırdır”, – Peskov əlavə edib.