Xəbərlər

Peskov: “Sülh müqaviləsi Amerika ilə deyil, Ukrayna ilə imzalanmalıdır”

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə şərt olmadan birbaşa danışıqlara hazır olduğunu bildirərək, Kiyevdən bu məsələ ilə bağlı açıqlama eşitmədiklərini bildirib.

“Füyuzat”ın məlumatına görə, Peskov bu barədə iştirak etdiyi İnformasiya Assosiasiyası proqramında jurnalistlərə açıqlama verib.

O, ABŞ-ın Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq səylərinin uğurlu olacağına ümid etdiklərini və Rusiya prezidenti Vladimir Putinin təkliflərə açıq olduğunu qeyd edib.

“Biz başa düşürük ki, Vaşinqton bu prosesdə tez uğur əldə etmək istəyir. Lakin eyni zamanda başa düşürük ki, bu məsələ bir gecədə həll oluna bilməyəcək qədər mürəkkəbdir. Nəzərə alınmalı olan bir çox nüanslar var”, – Peskov bildirib.