Xəbərlər

Pezeşkian Ermənistanın yeni səfiri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İran prezidenti Məsud Pezeşkian Ermənistanın yeni səfiri Qriqor Akopyan ilə İrəvan və Tehran arasında ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, Pezeşkian və səfir Ermənistan və İran arasında mövcud əməkdaşlığın gündəliyini müzakirə edərək, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.