Xəbərlər

Pezeşkian: İran–İsrail münaqişəsi heç bir şərt olmadan dayandırılmalıdır

“İran–İsrail münaqişəsi heç bir şərt olmadan dayandırılmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsində paylaşım edib.

“Biz həmişə sülh və əmin-amanlıq üçün çalışmışıq, lakin indiki şəraitdə müharibəni dayandırmağın yeganə yolu heç bir şərt olmadan, eləcə də İsrail rejiminin avantüralarının əbədi sona çatacağına zəmanət verməklə düşmənin təcavüzünü dayandırmaqdır. Əks halda İran daha sərt cavab verəcək”, – o bildirib.