Xəbərlər

Polşa: Amerika silahlarının Ukraynaya daşınmasını bərpa etməyə hazırıq

“Polşa Amerika silahlarının Ukraynaya daşınmasını bərpa etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış mətbuata müsahibəsində vurğulayıb.

“Demək istərdim ki, Polşa və onun Yasenkidəki hava limanı yeni yardımları almağa hazırdır və biz əməliyyat hazırlığını saxlayırıq. Ukrayna üçün Amerika yardımını bərpa etməyə həmişə hazırıq”, – nazir qeyd edib.