Amerika hərbi kontingentinin Rzeşovda istifadə etdiyi hərbi texnikanın bir hissəsi ərazidə qalacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış bildirib.
“Abrams” tanklarına xidmət üçün istifadə edilən avadanlığa artıq ehtiyac yoxdur. Çünki Kiyevə hərbi yardım göstərən dövlətlər Ukraynadakı avadanlıqlara xidməti yardımı özləri edirlər. Rzeşovda bir neçə yüz amerikalı əsgər yerləşdirilib və onlar indi Polşadakı digər hərbi bazalara keçəcəklər”, – o əlavə edib.