Xəbərlər

Polşa Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyir

“Polşa siyasətçiləri və alimləri Türkiyəni Avropa İttifaqının (Aİ) təhlükəsizliyinin təmin edilməsində mühüm aktor kimi görür və Türkiyənin Aİ-yə üzvlüyünü dəstəklədiklərini bildirirlər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın xarici işlər nazirinin köməkçisi Anna Radvan-Rörenşef mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyənin Aİ-yə üzvlük prosesini yaxından izləyirlər.

“Aİ tərəfdaş axtararkən heç vaxt dini meyar tətbiq etmir. Biz Polşa olaraq Türkiyənin Aİ-yə üzvlük prosesində üzərimizə düşəni edirik”, – siyasətçi əlavə edib.